Latviya Səfirliyi növbəti layihəsini həyata keçirəcək
Latviya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 2020-ci ildən “Qız Qalası. Qadın olmaq” adlı Beynəlxalq Müasir İncəsənət Layihəsini həyata keçirir.
Layihə “Qadınlar Sülh uğrunda”, “Gender Bərbərliyi” və “Qadınlara və Qızlara qarşı zorakılığa son qoyaq” kimi mövzulara həsr olunub.
Layihənin proqramına təqdimatlar, film nümayişləri, konsertər, tamaşalar, sərgilər, panel müzakirələr və konfranslar daxildir. Hər bir element incəsənət və mədəniyyət vasitəsilə sosial inteqrasiyanın təşviqi və gücləndirilməsinin yeni strategiyasında mühüm rol oynamağa istiqamətləndirilib.
Layihə çərçivəsində 2020, 2021 və 2023-cü illərdə ümumilikdə 50 tədbir həyata keşirilib.
Bütün tədbirlər www.tobeawoman.az internet səhifəsində yerləşdirilib.
Layihənin əsas aparıcı tərəfdaşı Latviya Səfirliyidir.
Layihə BMT-nin Azərbaycandakı Nümayəndəliyi, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, Belçika, Çex Respublikası, Estoniya, Macarıstan, Litva, Norveç, Ruminya, Slovakiya, İsveç, İsveçrə, İngiltərə nümayəndələri və Azərbaycanın dövlət qurumları və aparıcı İncəsənət və mədəniyyət təşkilatlarının birgə əməkldaşlığı ilə reallaşıb.
Yaxın günlərdə Latviya Respublikasının Səfirliyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və
Azərbaycan Milli İncəsənət Muzeyinin birgə əməkdaşlığı çərçivəsində www.tobeawoman.az internet saytının təqdimatını keçirəcək.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 9-01-2024, 15:10