mobil versiya

Latviyanın Azərbaycandakı Səfirliyi konsulluq işlərinin təşkilində dəyişikliklər həyata keçirib


Latviya, Estoniya və Sloveniya ölkələrinə vizaların verilməsində müştərilərə yüksək keyfiyyətli və səmərəli xidmətin təmin edilməsi məqsədilə Latviyanın Azərbaycandakı Səfirliyi konsulluq işlərinin təşkilində dəyişikliklər həyata keçirib.

"Reportyor.az" xəbər verir ki, 10 iyul 2023-cü il tarixindən etibarən viza ərizələrinin təqdim edilməsi üçün görüş Latviyanın Azərbaycandakı Səfirliyinin https://pieraksts.mfa.gov.lv/en/Azerbaijan saytından bron edilə bilər.

Latviya, Estoniya və Sloveniyaya viza üçün tələb olunan sənədlər VFS Global Viza mərkəzinə təqdim edilməlidir. https://www.vfsglobal.com/en/individuals/index.html

Yalnız aşağıdakı kateqoriyadan olan şəxslər viza ərizələrini birbaşa Səfirliyə təqdim edə bilərlər - diplomatik və xidməti pasportlara malik olanlar, Azərbaycanın Latviya, Estoniya və Sloveniyadakı nümayəndəliklərinin əməkdaşlarının şəxsi ziyarətçiləri, Latviya və Avropa İttifaqı vətəndaşlarının ailə üzvləri , eləcə də səfəri humanitar məsələlər ilə əlaqəli şəxslər (qohumunun ağır xəstəliyi və ya dəfn mərasimində iştirak).
Digər konsulluq xidmətləri (yaşayış icazəsi üçün müraciətlər, Latviyanın müxtəlif məlumat bazalarından sorğular, Latviyadan şəxsiyyəti təsdiq edən sənədlərin verilməsi və s.) əvvəlcədən görüş vaxtı təyin edilməklə birbaşa Səfirlikdə göstərilir.

KARUSEL / SİYASƏT
Tarix: 13-07-2023, 16:22