Avropalı qonaqlar Latviyanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili ilə görüşüb
Latviya mayın 17-dən Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməyə başlayıb və 2023-cü il noyabrın 15-dək davam edəcək.
Bu günlərdə Avropa Şurasının Hüquq Məsələləri və İnsan Haqları üzrə Baş Direktoru Xristos Ciakomopoulos və Avropa Şurasının Siyasi Məsələlər və Xarici Əlaqələr üzrə direktoru Papa Miroslav Bakıda səfərdə olublar. Səfər zamanı X.Ciakomopoulos və Papa Miroslav Latviyanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili xanım Viya Buşa ilə görüşüb və fikir mübadiləsi aparıblar.
Görüşdə həmçinin, Avropa Şurasının Bakı ofisinin rəhbəri, Avropa İttifaqının, Estoniya, Fransa, Almaniya, Yunanıstan, İsveç və Böyük Britaniyanın səfirləri iştirak edib.
KARUSEL / SİYASƏT
Tarix: 23-05-2023, 10:41