Pakistanda polis nəzarət məntəqəsinə gecə saatlarında hücumda 3-ü öldürülüb
Hayber-Paxtunxvanın Kohat bölgəsində polis nəzarət məntəqəsinə edilən hücumda üç polis şəhid olub.
Dawn xəbər verir ki, ərazi mühasirəyə alınıb və terrorçuların tapılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
PPP sədri Bilaval Bhutto Zardari hücumu pisləyib: "Terrorçular ölkənin düşmənləridir. Ordunun, təhlükəsizlik qüvvələrinin və polisin göstərdiyi fədakarlıqları hədər getməyəcək". O, terrorizmin kökünü tamamilə kəsmək üçün Pakistanın Milli Fəaliyyət Planının həyata keçiriləcəyini bildirib.
Milli Assambleyanın sədri Raca Pervaiz Əşrəf deyib ki, bütün xalq terrorizmlə mübarizədə ölkənin təhlükəsizlik qüvvələrinin yanındadır.
KARUSEL / DÜNYA
Tarix: 10-01-2024, 12:53