mobil versiya

Latviya Səfirliyi növbəti layihəsini həyata keçirib


Latviya Respublikasının ölkəmizdəki Səfirliyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə əməkdaşlığı ilə  “Qız Qalası. Qadın olmaq” adlı Beynəlxalq Müasir İncəsənət Layihəsi çərçivəsində www.tobeawoman.az veb-saytının təqdimatı keçirilib.
Muzeyinin direktoru Şirin Məlikova layihə barədə məlumat verərək deyik ki, qadının cəmiyyətdəki rolunun ictimaiyyətə çatdırılmasında və gender bərabərliyinin bərqərar olmasında belə tədbirlərin keçirilməsi əhəmiyyətlidir. Ş.Məlikova əlavə edib ki, sözügedən layihədə Azərbaycanın tanınmış, yaradıcı qadınlarının cəmiyyətdə rolu və bu mövzuda digər məsələlər incəsənət vasitəsilə maraqlı formada nümayiş olunur.

Latviya Respublikasının ölkəmizdəki səfiri Edqars Skuya “Qadınlar sülh uğrunda”, “Gender bərabərliyi” və “Qadınlara və qızlara qarşı zorakılığa son qoyaq” kimi mövzulara həsr olunanlayihənin proqramına təqdimatlar, film nümayişləri, konsertlər, tamaşalar, sərgilər, panel müzakirələr və konfranslar daxil olduğunu diqqətə çatdırıb: “Layihə çərçivəsində 2020, 2021 və 2023-cü illərdə ümumilikdə 50 tədbir həyata keçirilib. Layihənin əsas aparıcı tərəfdaşı Latviya səfirliyidir”.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva layihədə yer alan hər bir elementin incəsənət və mədəniyyət vasitəsilə sosial inteqrasiyanın təşviqinin və gücləndirilməsinin yeni strategiyada mühüm rol oynamağa istiqamətləndirildiyini diqqətə çatdırıb.
Daha sonra Əməkdar rəssam Səbinə Şıxlinskaya layihə haqqında məlumat verib.
Tədbirdə həmçinin, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin musiqi əsərlərindən parçalar ifa edilib.
Xatırladaq ki, Latviya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 2020-ci ildən “Qız Qalası. Qadın olmaq” adlı Beynəlxalq Müasir İncəsənət Layihəsini həyata keçirir.
Layihə “Qadınlar Sülh uğrunda”, “Gender Bərbərliyi” və “Qadınlara və Qızlara qarşı zorakılığa son qoyaq” kimi mövzulara həsr olunub.
Layihənin proqramına təqdimatlar, film nümayişləri, konsertər, tamaşalar, sərgilər, panel müzakirələr və konfranslar daxildir. Hər bir element incəsənət və mədəniyyət vasitəsilə sosial inteqrasiyanın təşviqi və gücləndirilməsinin yeni strategiyasında mühüm rol oynamağa istiqamətləndirilib.
Layihə çərçivəsində 2020, 2021 və 2023-cü illərdə ümumilikdə 50 tədbir həyata keşirilib.
Bütün tədbirlər  www.tobeawoman.az internet səhifəsində yerləşdirilib.

Layihənin əsas aparıcı tərəfdaşı Latviya Səfirliyidir.
Layihə BMT-nin Azərbaycandakı Nümayəndəliyi, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, Belçika, Çex Respublikası, Estoniya, Macarıstan, Litva, Norveç, Ruminya, Slovakiya, İsveç, İsveçrə, İngiltərə nümayəndələri və Azərbaycanın dövlət qurumları və aparıcı İncəsənət və mədəniyyət təşkilatlarının birgə əməkldaşlığı ilə reallaşıb.
 



KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 16-01-2024, 20:03