Əhalinin taksi xidmətindən istifadə sayı 75 milyonu ötüb
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi olan avtomobil nəqliyyatı ilə 2023-cü ildə 134,2 milyon ton yük, 1694,1 milyon sərnişin daşınıb və əvvəlki illə müqayisədə müvafiq olaraq 6,5 faiz və 20,6 faiz artım qeydə alınıb.
Dövlət Statistika Komitəsi xəbər verir ki, sərnişinlərin 94,4 faizi avtobus, 5,6 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 7,3 faiz, sərnişin dövriyyəsi isə 21,4 faiz artıb. Metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 5,2 faiz artaraq 219,5 milyon nəfər olub.
Bundan başqa, hava nəqliyyatı ilə 2911,8 min və ya 29,2 faiz çox sərnişin daşınıb. Daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 16,7 faiz azalaraq 338,8 min ton olub.
Dəmir yolu nəqliyyatı ilə 2023-cü ildə 18,3 milyon ton yük, 7107,5 min sərnişin daşınıb. 2022-ci illə müqayisədə yük daşınmasında 2,6 faiz azalma, sərnişin daşınmasında isə 38,4 faiz artım müşahidə olunub. Orta hesabla sutkada 400 vaqon yüklənib, 424 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 20,2 min ton, qərb istiqaməti üzrə 3,1 min ton, cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.
Dəniz nəqliyyatı ilə 2023-cü ildə daşınmış yüklərin həcmi 9010,8 min ton təşkil etmiş və əvvəlki ilə nisbətən 19,8 faiz artıb. Yüklərin 54,4 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 13375,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 11048,8 min tonunu və ya 82,6 faizini tranzit yüklər təşkil edib.
2024-cü il yanvar ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 463,1 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilə nisbətən 10,7 faiz artaraq 23,7 min nəfər olub.
KARUSEL / İQTİSADİYYAT

Tarix: 17-01-2024, 14:54