Altı ayda təyyarə ilə 1 milyon 233 min sərnişin daşınıb

Dövlət Statistika Komitəsindən bildirilib ki, hesabat dövründə hava nəqliyyatı ilə 1 milyon 233,3 min nəfər daşınıb. Bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 49,5 faiz çoxdur.
Yanvar-iyun aylarında avtomobil nəqliyyatı vasitələri ilə 781 milyon 113 min sərnişin daşınıb, bu ötən ilin müvafiq dövrünün göstəricisindən 18,3 faiz çoxdur. Avtobuslarla 743 milyon 810,9 min, sərnişin taksilərlə 37 milyon 302,1 min sərnişin daşınıb, bu göstəricilər ötən ilin müvafiq dövrünün göstəricisindən müvafiq olaraq 19,4 faiz və 0,1 faiz çoxdur.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 18-07-2023, 15:31