mobil versiya

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı açıqlanıb



2023-cü ilin yanvar-fevral aylarında Bakıda metrodan istifadə edən sərnişinlərin sayı artıb.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Belə ki, dövr ərzində Bakıda metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 15,1 faiz artaraq 33,8 milyon nəfər olub.
Metrodan istifadə edən sərnişinlərin sayı ölkə üzrə sərnişinlərin 12,4 faizini təşkil edir. Belə ki, 2023-cü ilin yanvar-fevral aylarında nəqliyyatçılar 271,7 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,1 faizi avtomobil nəqliyyatı, 12,4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
KARUSEL / CƏMİYYƏT
Tarix: 27-03-2023, 20:31