“20 Yanvar - Milli iradəmizin zəfər çaldığı gün” adlı tədbir keçirilib

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi anılıb.
Bu barədə muzeydən məlumat verilib. Bildirilib ki, Milli Məclisin deputatları, professor Musa Qasımlı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, alimlərin və Vətən müharibəsi qazilərinin iştirak etdikləri tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı Yanvar faciəsindən, onun dəhşətlərindən, xalqımızın azadlıq, müstəqillik naminə apardığı mübarizədən danışıb.
Digər çıxış edənlər də 20 Yanvarın tariximizin həm qanlı, həm də qəhrəmanlıq səhifəsi olduğunu vurğulayıblar.
KARUSEL / CƏMİYYƏT
Tarix: 19-01-2024, 11:48