mobil versiya

ADNSU-da “20 Yanvar - Ümumxalq Hüzn Günü” adlı kitab sərgisi keçirilib



Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində “20 Yanvar - Ümumxalq Hüzn Günü” adlı kitab sərgisi təşkil olunub.
Bu barədə ADNSU-dan məlumat verilib.
Sərgidə 20 Yanvar hadisələrindən, onun dəhşətlərindən, xalqımızın azadlıq, müstəqillik uğrunda mübarizəsindən, Vətən övladlarının fədakarlığından bəhs edən kitablar, salnamələr, fotolar, jurnallar, qəzetlər və digər materiallar yer alıb.
Burada “Yanvar təlatümü”, “Qanlı Yanvardan şanlı Qələbəyə”, ”20 Yanvar - qan yaddaşımız”, ”Yanvar hekayələri”, “Qara Yanvar şəhidləri, “20 Yanvar - tariximizin qanlı və şanlı səhifəsi”, “20 Yanvar şəhidləri” və digər nəşrlər diqqəti cəlb edir.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 18-01-2024, 14:38