Şəhidlərin xatirəsi L.M.Rostropoviçlərin ev-muzeyində də anılacaq
Yanvarın 19-da Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində Abdulla Şaiqin mənzil- muzeyinin birgə təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar “Unutmayaq, unutdurmayaq!” adlı tədbir keçiriləcək.
Muzeydən bildirilib ki, tədbirdə A.Şaiqin mənzil-muzeyi yanında fəaliyyət göstərən “Vətən” yaradıcılıq dərnəyinin üzvləri “Bir eşq hekayəsi” adlı poetik-kompozisiya ilə çıxış edəcəklər. 20 Yanvar şəhidləri İlham və Fərizənin başına gələn hadisələrin canlandırıldığı kompozisiya, uşaqların səsləndirdiyi “Qərənfil”, “Səninləyəm Azərbaycan”, “Şəhidlər”, “Bayatılar” kimi şeirlərlə zənginləşdiriləcək.
Tamaşadan sonra A.Şaiq mənzil-muzeyinin böyük elmi işçisi E.Məmmədli “Qanlı yanvar hadisələri” adlı mühazirə ilə çıxış edəcək. Daha sonra M.Rostropoviçin “Şəhidlər xiyabanı” və məcburi köçkün düşərgələrinə etdiyi ziyarətlərindən ibarət videoçarx nümayiş olunacaq.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 17-01-2023, 15:18