mobil versiya

Bu gün Ümumxalq Hüzn Günüdür



Bu gün Ümumxalq Hüzn Günüdür.

Səhər saatlarından etibarən Şəhidlər xiyabanının kütləvi şəkildə ziyarət olunmasına başlanılıb. İnsanlar Azərbaycanın azadlığı uğrunda həlak olan şəhidlərin məzarlarını ziyarət edir, ehtiramla yad edirlər.
Qanlı Yanvar hadisələrindən 33 il ötür. Hər il olduğu kimi, faciənin növbəti ildönümündə də xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir.
Yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanında böyük izdiham yaşanır. Bu müqəddəs məkana gələn insanların simasında kədərlə yanaşı, qürur hissləri görünür. Çünki 20 Yanvar xalqımızın tarixinə təkcə faciə kimi deyil, həm də qəhrəmanlıq, rəşadət səhifəsi kimi yazılıb.


MANŞET / KARUSEL
Tarix: 20-01-2023, 09:12