20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb
Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Nəqliyyatın hərəkəti dayandırılıb, gəmilərdən, avtomobillərdən, qatarlardan siqnallar verilib, hüzn əlaməti olaraq ölkənin şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycan Respublikasının Dövlət Bayrağı endirilib.
Qeyd edək ki, Qanlı Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar respublikanın şəhər və rayonlarında şəhidlərin xatirəsi anılır, 20 Yanvar hadisələri ilə bağlı anım mərasimləri keçirilir.
Yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edənlər qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə tər çiçəklər düzürlər.
KARUSEL / GÜNDƏM
Tarix: 20-01-2023, 12:02