mobil versiya

Dünyada törədilən terror aktlarının yarısı Afrikanın payına düşür



Hazırda dünya üzrə terror aktlarının təxminən yarısı Afrika qitəsinin payına düşür.
“The national news” saytı xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının iclasında Terrorla Mübarizə Komitəsinin icraçı direktoru Nataliya German bildirib. Onun sözlərinə görə, İŞİD və ona bağlı qruplaşmalar Afrika qitəsinin bəzi bölgələrində getdikcə daha çox aktivlik göstərir.
BMT Baş katibinin terrorla mübarizə üzrə müavini Vladimir Voronkov öz növbəsində qeyd edib ki, terrorçular Qərbi Afrikanın sahilyanı bölgələrində qeyri-sabit vəziyyətdən istifadə edərək təsirlərini, əməliyyatlarını və ərazi nəzarətini genişləndirirlər. Regionda vəziyyət getdikcə daha da mürəkkəbləşir.
Təhlükəsizlik Şurasının yanvarın sonunda dərc etdiyi hesabatda bildirilir ki, İŞİD və ona bağlı qruplaşmalar liderlik və maliyyə cəhətdən itkilər yaşasalar da, hələlik hücumlar həyata keçirməyə qadirdirlər.
“BMT-nin terrorla mübarizə rəsmiləri ilə birgə çalışan Beynəlxalq polis təşkilatı (Interpol) şifrələmə xidmətləri, videoyayım vasitələri və yeni təbliğat platformalarından istifadə edərək terrorçuların məqsədlərinin müəyyən edilməsinə və qarşısının alınmasına yardım göstərəcək”, - deyə Interpolun baş katibi Yurgen Stok vurğulayıb.(azərtac)

KARUSEL / DÜNYA
Tarix: 16-02-2024, 11:50