mobil versiya

Bu ölkədə BMT TŞ-nın terrorla mübarizə komitəsinin iclası keçiriləcək



 

 

Hindistan 28, 29 oktyabrda terrorla mübarizə komitəsinin xüsusi iclasına ev sahibliyi edəcək.

Ötən gün Nyu-Yorkda mətbuat konfransı zamanı Hindistanın BMT-dəki daimi nümayəndəsi Ruçira Kamboc bildirib ki, Mumbay və Yeni Dehlidə BMT Təhlükəsiuzlik Şurasının (TŞ) Terrorla Mübarizə Komitəsinin “Terror məqsədləri üçün yeni və inkişaf etməkdə olan texnologiyaların istifadəsinə qarşı mübarizə” mövzusunda keçiriləcək əsas iclasında digər üzv dövlətlərlə birlikdə BMT Təhlükəsizlik Şurasının diplomatlarını qəbul edəcək.

Hindistan hazırda 2022-ci il üçün BMT Təhlükəsizlik Şurasının Terrorla Mübarizə Komitəsinin (BMT TMK) sədridir.

Ruçira Kamboc həmçinin deyib ki, BMT TMK üzvləri Mumbayda 2008-ci il 26 noyabrda törədilmiş terror aktlarının qurbanlarının xatirəsini yad edəcək.

Reportyor.az


DÜNYA
Tarix: 10-10-2022, 13:21