Bişkekdə terrorla mübarizə üzrə konfrans keçirilir
Qırğızıstan Respublikasının paytaxtı Bişkekdə Ala-Arça dövlət iqamətgahında terrorizmə və ekstremizmə qarşı mübarizə üzrə birinci konfrans keçiriu Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin məlumatına görə, tədbiri giriş sözü ilə açan milli təhlükəsizlik üzrə dövlət komitəsinin sədri Kamçıbek Taşiyev qeyd edib ki, Qırğızıstan MDB-nin təsisçi dövlətlərindən biri kimi yeni platformanın yaradılmasında fəal iştirak edib: “Məqsədi qabaqcıl təcrübə, müasir çağırış və təhdidlərə qarşı mübarizə, ümumi tədbirlərin işlənib hazırlanması, qarşılıqlı etimadın və regional təhlükəsizliyin möhkəmləndirilməsi və ölkələr arasında konstruktiv münasibətlərin və dostluğun inkişafı üzrə biliklər mübadiləsidir”.
Onun sözlərinə görə, Əfqanıstan və Suriyadakı qeyri-sabit vəziyyət beynəlxalq terror və ekstremist təşkilatların ideoloji, cəlbetmə və təbliğat fəaliyyətinin aktivləşməsinə şərait yaradır: “Qırğızıstan terrorizmlə fəal mübarizə aparır. Mən inanıram ki, başqa ölkələrlə birgə mübarizəyə təkan verəcək”.
Konfransda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan və Özbəkistan ilə yanaşı, Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələr və müşahidəçilər - Hindistan, İran, Çin, Pakistan və Monqolustan nümayəndələri iştirak edirlər.
KARUSEL / DÜNYA
Tarix: 20-09-2023, 11:15