Bakıda mənzillərin qiyməti ucuzlaşdı
Bakıda ötən ay həm təkrar, həm də ilkin mənzil bazarında qiymətlərdə azalma qeydə alınıb.
REPORTYOR.AZ-ın məlumatına görə, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, noyabr ayı ərzində təkrar mənzil bazarında qiymətlərdə 4.84 faiz, ilkin mənzil bazarında isə 1.57 faiz azalma müşahidə olunub.
Ekspert bildirib ki, ötən illə müqayisədə də təkrar mənzil bazarında azalma qeydə alınıb. Belə ki, təkrar mənzil bazarında azalma 1.4 faiz təşkil edib.
İlkin mənzil bazrında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.87 faiz artım qeydə alınıb.
N.İbrahimovun sözlərinə görə, ötən ay ərzində qiymətlərdə azalma mövsümi xarakter daşıyıb.
O qeyd edib ki, noyabr ayı yağmurlu və tikinti üçün qənaətbəxş ay olmayıb və bu da qiymət azalmasına təsir göstərib.
KARUSEL
Tarix: 13-12-2019, 13:20