Mobil tətbiqləri yükləmədən öncə nələrə diqqət etmək lazımdır?

Bu barədə DİN mətbuat xidməti əhaliyə müraciət edib.
• Qeyri-rəsmi mənbələrdən tətbiqləri yükləməyin və cihazınızın parametrlərində qeyri-rəsmi (məlum olmayan) mənbələrdən quraşdırılmalara icazələri qeyri-aktiv edin;
• Yalnız rəsmi tətbiqlərdən istifadə edin və onları yalnız rəsmi mağazalardan (Google Play, App Store) yükləyin;
• Quraşdırdığınız tətbiqlərə və verdiyiniz icazələrə diqqət yetirin;
• Tətbiqin etibarlılığını araşdırın. Yalnız tətbiqə tam etibar etdiyiniz halda onu quraşdırın.
KARUSEL / CƏMİYYƏT
Tarix: 4-03-2024, 22:36