mobil versiya

Polşa Ukrayna ilə sərhəddə qırıcılarını havaya qaldırıb


Ötən gecə Rusiya hərbi aviasiyasının Ukraynanın sərhədyanı ərazilərinə aviazərbələr endirməsindən sonra Polşa qırıcıları havaya qaldırılıb.
Bu barədə Polşa Silahlı Qüvvələrinin “X” hesabından məlumat verilib.
Bildirilib ki, qırıcılar cənub və şərq sərhədləri boyunca patrul xarakterli uçuşlardan sonra dislokasiya bölgəsinə qayıdıb.
Rəsmi məlumatda həmçinin, hava məkanının mühafizəsi üçün mütəmadi olaraq zəruri tədbirlərin bundan sonra da davam etdiriləcəyi vurğulanıb.(apa)


KARUSEL / DÜNYA
Tarix: 14-06-2024, 10:01