mobil versiya

Rusiya Ukraynanın Soledar şəhərinin ələ keçirib



“Rusiya qoşunları Artemovskda Ukrayna Silahlı Qüvvələrinin təchizatını kəsməyə imkan verən Soledar şəhəri üzərində tam nəzarəti təmin edib”.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bundan sonra hərbçilər orada qalan Ukrayna qüvvələrinin qarşısını kəsə bilərlər: “Soledarın nəzarətə götürülməsi zamanı hava-desant bölmələri gizli manevr ediblər. Nəticədə şəhəri cənub və şimal tərəfdən mühasirəyə alıblar, həmçinin Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə hücum ediblər”.
Müdafiə Nazirliyi əlavə edib ki, Soledar Rusiya ordusunun Donetsk istiqamətində hücum əməliyyatlarının davam etdirilməsi üçün vacibdir.

KARUSEL / DÜNYA
Tarix: 13-01-2023, 15:11