Ukrayna Silahlı Qüvvələri Xersonda hücuma keçdi, ruslar döyüş meydanından qaçdı - VİDEO
Ukrayna Silahlı Qüvvələri Ukraynanın cənubunda hücuma keçib. Rusiya qüvvələrinin bəzi bölmələri Xerson vilayətindəki mövqelərindən qaçır.
REPORTYOR.AZ UNİAN-a istinadla xəbər verir ki, bu barədə "Kaxovka" qoşunların əməliyyat qrupu məlumat yayıb.
Bildirilib ki, Rusiya dəstəkli qondarma Donetsk Xalq Respublikasının 109-cu piyada alayı öz mövqelərindən uzaqlaşıb. İşğalçılar tanklardan, aviasiyadan və artilleriyadan atəş açır.
"Cənub" Təhlükəsizlik və Müdafiə Qüvvələrinin birgə mətbuat mərkəzinin rəhbəri Natalya Qumenyuk "Hromadske"yə şərhində bildirib ki, Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda bir çox istiqamətlərdə hücum əməliyyatlarına başlayıb.
"Yalnız piyada keçidləri qalıb. Rusiya ordusunun Krım ərazisindən silah və şəxsi heyətinin tədarükü kəsilib. Bu, Ukrayna üçün öz ərazilərini qaytarmaq istiqamətində parlaq şansdır", - "Kaxovka"dan qeyd ediblər.
SON XƏBƏR / KARUSEL
Tarix: 29-08-2022, 12:12