mobil versiya

Azad edilmiş ərazilərdə fəaliyyət göstərən məktəb və bağçaların sayı açıqlanıb



Hazırda işğaldan azad edilmiş ərazilərimizdə 10 ümumi təhsil müəssisəsi, 4 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 1 illik fəaliyyətinə dair keçirilən “Hesabat Brifinqi” zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Bağçalarda 96 uşaq, məktəblərdə 1803 nəfər şagird (məktəbəhazırlıqla birgə) olmaqla, ümumilikdə 1899 nəfər təlim-tədrisə cəlb olunub”, – o qeyd edib.

KARUSEL / ÖLKƏ
Tarix: 29-10-2024, 13:30