Növbəti ildə Ağdam, Cəbrayıl, Füzuli rayonlarında yeni məktəb binaları tikiləcək
“Növbəti il üçün əsaslı təmir və yenidən tikintisi nəzərdə tutulan 50-ə yaxın məktəb var”.
Bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda söyləyib. O bildirib ki, işğaldan azad olunan ərazilərdə yeni məktəblərin tikintisi nəzərdə tutulub.
“2024-cü ildə Ağdam, Cəbrayıl, Füzuli rayonlarında yeni məktəblərin tikintisi aparılacaq”, – deyə Eşqi Bağırov qeyd edib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 28-11-2023, 11:37