mobil versiya

Azad olunmuş bu ərazilərdə orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək


Dövlət İmtahan Mərkəzi 2 mart 2025-ci il tarixində işğaldan azad olunmuş Ağdərə, Şuşa, Laçın, Xankəndi və Xocalı rayonlarında tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək.

Bu barədə DİM- dən məlumat verilib.
Qeyd edilib ki, Xankəndi şəhəri 4 N-li tam orta məktəb, Xocalı şəhəri 1 N-li tam orta məktəb, Şuşa şəhəri 1 N-li tam orta məktəb və Laçın rayonu Sus kənd tam orta məktəbində ilk dəfə olaraq buraxılış imtahanı keçiriləcək.
Bundan əlavə, Laçın rayonu 2 N-li tam orta məktəb, Zabux kənd tam orta məktəbi və Ağdərə rayonu Talış kənd tam orta məktəbində də buraxılış imtahanı keçiriləcək. Bu məktəblərdə buraxılış imtahanları artıq ikinci dəfə təşkil edilir.
İşğaldan azad olunan rayonlar üzrə buraxılış imtahanları 7 binada təşkil olunacaq. İmtahanın idarə olunmasına 7 bina nümayəndəsi və 7 imtahan rəhbəri cəlb olunub.
İşğaldan azad olunmuş rayonlardakı imtahanlarda ümumilikdə 45 şagirdin iştirakı nəzərdə tutulub. İmtahan binalarına Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən əvvəlcədən baxış keçirilib və lazımı hazırlıqlar görülüb.
Eyni zamanda vurğulanıb ki, martın 9-da isə Zəngilan rayon Ağalı Kənd tam orta məktəbində, Füzuli şəhər M.Uluqbəy adında 1 nömrəli tam orta məktəbdə və Cəbrayıl şəhər M.Mehdizadə adına şəhər tam orta məktəbində (bu məktəbdə ilk dəfədir) buraxılış imtahanı keçiriləcək.


KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 12:26