Buraxılış imtahanlarının vaxtı məlum olub
![](/uploads/posts/2025-01/1736517929_1736517870504.png)
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 2 və 9 mart tarixlərində keçiriləcək.
DİM-in məlumatına görə, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə üç zona üzrə 13, 20 və 27 aprel tarixlərində təşkil olunacaq.
İmtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat paylaşılacaq.
KARUSEL / CƏMİYYƏT
Tarix: 10-01-2025, 17:54