mobil versiya

Bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcək




Aprelin 27-si şimal və qərb rayonlarında, 28-dən 29-u gündüzədək isə bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Reportyor.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti hava şəraiti ilə bağlı Xəbərdarlıq yayıb.

Bildirilir ki, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Dağlıq Şirvan, Quba-Qusar, Balakən-Şəki, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntının arabir leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

KARUSEL / ÖLKƏ
Tarix: 25-04-2025, 17:18