mobil versiya

Qazaxıstanda anti-Çin etirazları ara vermir



Qazaxıstanın Janaozen şəhərinin sakinləri artıq bir neçə gündür ki, ölkədə “55 Çin zavodunun” tikilməsinə və prezident Qasım-Jomart Tokayevin sentaybrın 11-12-də Çin Xalq Respublikasına planlaşdırılan səfərinə etiraz edirlər.

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbaev 2019-cu ilin aprelində Pekinə səfəri zamanı Çin mediasına müsahibəsində bildirmişdi ki, Çinlə Qazaxıstan arasında sənayedə, tikintidə, ət və taxıl emalı sahələrində investisiya layihələrinə dair razılaşmalar imzalanıb.

Janaozen etirazçılarına dəstək olaraq Qazaxıstanın bir neçə şəhərlərində də aksiyalar keçirilib. Nur-Sultan şəhərində 30-dək etirazçı sentyabrın 3-də şəhər bələdiyyəsinin qarşısında “Çin ekspansiyasına yox” və “Janaozenlilərə dəstək” verək şüarları ilə piket keçirib.
Nur-Sultan şəhərinin İctimai İnkişaf İdarəsinin başçısı Talgat Raxmanberdi etirazçıların qarşısına çıxaraq deyib ki, Çin Qazaxıstanda zavod tikməyi planlaşdırmır:

 

“55 zavod-filan tikilməyəcək. Bu doğru olmayan informasiyadır. Söhbət 55 investisiya layihəsindən gedir”.
Keçmiş paytaxt Almatıda onlarca insan şəhər icra hakimiyyətinin qarşısında piket keçirib. Almatıda etiraz edənlərlə şəhərin icra başçısı Saparbek Tuyakbayev söhbət edib. Karaqanda şəhərinin mərkəzində 10 nəfərin iştirakilə piket olub.Aksiya iştirakçılarından Aliya Sadırbayeva çıxışında deyib:

"Dünyada ehtiyatlarına görə ikinci yataq çinlilərə verilib. Mənim bir neçə sualım var: Bizim Qazaxıstan və Karaqanda bu investisiyalardan nə qazanır? Niyə qazaxıstanlılara iş verilmir. Biz ərəblərdən heç də pis yaşamamalıyıq. Bizim yeraltı sərvətlərdə payımız var”.

 

Qazaxıstanda son günlər anti-Çin aksiyaları ara vermək bilmir.Çin Qazaxıstanın dördüncü böyük investoru və üçüçncü ən böyük kreditorudur. Qazaxıstan hazırda Çin üçün xammal təchizatçısı, Çin mallarının istehlak bazarı və tranzit ərazidir.

Çin 2018-ci ildə Qazaxıstana 280 milyon dollar məbləğində kredit verib. Qazaxıstanda 2016-cı ildə ölkənin yeni torpaq məcəlləsinə qarşı kütləvi etirazlar olmuşdu. Nümayişçilər Qazaxıstan torpaqlarının xaricilərə, ilk növbədə çinlilərə uzunmüddətli icarəyə veriləcəyindən narahat idilər.

Bundan başqa 2017-ci ildə Çinin Sintzyan regionunda başqa türkdilli etnik qruplarla yanaşı qazaxların da təqiblərə məruz qaldığı bəlli olub. Bütün bu amillər Qazaxıstanda anti-Çin əhval-ruhiyyəsinin yüksəlişinə səbəb olub./Virtualaz.org/

KARUSEL / DÜNYA
Tarix: 5-09-2019, 09:30