Paytaxtın bəzi ərazilərində sabah qaz olmayacaq

Sabah təmir-quraşdırma işləri ilə əlaqədar paytaxtın bəzi ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Bu barədə "Azəriqaz" xəbər yayıb.
Təmir-quraşdırma işləri ilə əlaqədar 10.07.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun R. Rüstəmov, E. Süleymanov, Q. Qarayev, C. Naxçıvanski küçələrinin, Sabunçu qəsəbəsinin isə E. Mehdiyev, İ. Aslanov və M.İbrahimov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Reportyor.az
KARUSEL / ÖLKƏ
Tarix: Bu gün, 17:24


























