mobil versiya

Bakının bu ərazilərində qaz kəsiləcək


Bakının Sabunçu rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə "Azəriqaz"dan bildirilib.
Qeyd edilib ki, “Qaz İxrac” İdarəsi tərəfindən “Sabunçu ümumi” ölçü qovşağının baypas xətti üzərində quraşdırılmış siyirtmənin təmiri ilə bağlı 14.09.2023-cü il tarixdə saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır:
"Təmir-quraşdırma işləri aparılan müddətdə Sabunçu rayonunun Sabunçu qəsəbəsinin, 2-ci Mədən, Şəhər şosesi, Stansiyayanı ərazilərinin və E.Mehdiyev, İ.Aslanov, S.Hüseyn, Qanbay Vəzirov, M.Hüseynzadə , H. Araslı, Y.Qasımov, Y.Əliyev, E.Saratov, R.Məcidov, T.Bünyadov, T.Ələkbərov, Ə.Cavad, X. Natavan küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq".

KARUSEL / CƏMİYYƏT
Tarix: 14-09-2023, 09:43