mobil versiya

Bu rayonda qaz təchizatında fasilə yaranacaq



Qaz təchizatının yaxşılaşdırılması və fasiləsiz qaz təminatının təmin edilməsi məqsədilə, bu gün Suraxanı rayonu, “Bahar” Qaz Tənzimləmə Məntəqəsində qaz tənzimləyicinin əvəz olunması və şəbəkə üzərində ehtiyat (baypas) xəttin quraşdırılması ilə əlaqədar qaz təchizatı dayandırılacaq.
“Azəriqaz” İB-dən bildirilib ki, təmir işləri aparılan müddətdə Hövsan qəsəbəsi, Zığ bağlarının, Bahar, Dədə Qorqud, Sahil yaşayış massivlərinin və MİDA yaşayış kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

KARUSEL / CƏMİYYƏT
Tarix: 10-03-2023, 13:04