mobil versiya

Bu ərazidə qaz olmayacaq



Ucar rayonunun qaz təchizatında fasilə yaranacaq.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. 

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Ucar” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar, sabah saat 10:00-dan işlər başa çatanadək “Ucar” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

“Təmir işləri görülən müddətdə Ucar rayonunun bir hissəsinin (Ucar şəhəri daxil olmaqla) qaz təchizatında fasilə yaranacaq”, - məlumatda qeyd edilib.
SON XƏBƏR / KARUSEL
Tarix: 5-07-2022, 14:00