Bəzi rayonlara qazın verilişində müvəqqəti fasilə yaranacaq
SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Astara-Qazıməmməd” yüksək təzyiqli magistral qaz kəmərində aparılacaq təmir və kəmərin yeni çəkilmiş hissələrinin qaznəqli sisteminə birləşdirilməsi ilə əlaqədar, bu gün təmir işlərinə hazırlıqla bağlı Salyan və Neftçala rayonlarının bir hissəsində qaz təchizatında məhdudiyyətin yaranması ehtimalı var.
“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, dekabrın 13-15-də (3 gün müddətində) təmir işləri aparılan müddətdə Neftçala, Biləsuvar rayonlarının tam olaraq, Cəlilabad və Salyan rayonlərının isə bir hissəsinin, həmçinin dekabrın 16-da (1 gün müddətində) Cəlilabad və Masallı rayonlarının bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
SOSİAL / İQTİSADİYYAT
Tarix: 12-12-2022, 12:23