mobil versiya

Sumqayıtın bəzi ərazilərində sabah qaz olmayacaq



Sumqayıt şəhərinin bəzi ərazilərində sabah qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə "Azəriqaz" İB-dən məlumat verilib.
Bildirilib ki, Sumqayıt şəhərində pilot layihə çərçivəsində həyata keçiriləcək təmir-quraşdırma işləri ilə əlaqədar, sentyabrın 6-sı saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir-quraşdırma işləri aparılan müddətdə Sumqayıt şəhərinin 17-ci və 18-ci mikrorayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 5-09-2024, 20:11