mobil versiya

Bu ərazilərdə qaz kəsiləcək


Lökbatanın qaz təchizatında fasilə yaranacaq.
Bu barədə "Azəriqaz" məlumat yayıb.
Bildirilib ki, "Lökbatan” QPS-də (Qaz Paylayıcı Stansiya) və “Lökbatan” QTM-də (Qaz Tənzimləyici Məntəqə - red.) görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 20 sentyabr saat 09:30-dan işlər başa çatanadək adıçəkilən QPS-dən qaz təchizatı dayandırılacaq.
Qeyd edilib ki, təmir aparılan müddətdə Qaradağ rayonunun Lökbatan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
KARUSEL / CƏMİYYƏT
Tarix: 20-09-2023, 09:40