mobil versiya

Bu rayonlarda qaz olmayacaq



Bu gün Binəqədi və Suraxanı rayonlarının bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq
"Azəriqaz" İstehsalat Birliyi xəbər verir ki, bu gün saat 09:30-dan “Xırdalan” QPS-də yeni quraşdırılmış kollektorun birləşməsi işləri, “Hövsan” QTM-də baypas xəttin quraşdırılması ilə əlaqədar “BMSK” ölçü qovşağından və “Bahar” QPM-dən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir-quraşdırma işləri aparılan müddətdə Binəqədi rayonunun Vulkan, 1 May yaşayış massivlərinin, Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsinin və Suraxanı rayonunun Hövsan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
KARUSEL / CƏMİYYƏT
Tarix: 10-10-2023, 10:02