FİFA-nın səsverməsində böyük rəzalət: Messiyə səs verilməyib - FOTO
FİFA-nın ilin ən yaxşı futbolçusu nominasiyası üzrə keçirilən səsvermə prosesində saxtakarlıq aşkar olunub.
Adı səsvermədə göstərilən Nikaraqua yığmasının kapitanı Xuan Barrera “Barselona”nın ulduzu Lionel Messiyə səs vermədiyini açıqlayıb.
Qeyd edək ki, Milandakı tədbirdə mükafat argentinalı Lionel Messi təqdim olunub. Messini bu mükafata layiq görənlər siyahısında nikaraqualının da adı göstərilib.
Xuan Barrera isə bildirib ki, o, FİFA versiyası üzrə 2019-cu ilin ən yaxşı futbolçusu üçün keçirilən səsvermədə iştirak etməyib: "Mən Messiyə səs verməmişəm. Adımı siyahıda görərkən çox təəccübləndim. Çünki bu il səsvermədə iştirak etməmişəm. FİFA bildirir ki, səsvermə üçün elektron poçtuma sorğu göndərib, amma mən onu almamışam. Mən necə kapitanlarının siyahısında göstərilə bilirəm ki, səsvermədə iştirak etməmişəm". //Baku.ws
KARUSEL / DÜNYA / İDMAN
Tarix: 26-09-2019, 10:54