10-a yaxın xərçəng növünü aşkarlayan qan analizi
Nyu-Yorkun Memorial onkoloji mərkəzi 80% onkoloji xəstəlikləri aşkarlayan qan analizi hazırlayıb.
"Medicina" xəbər verir ki, Pathfinder adlı analiz 6 mindən çox pasoyent üzərində sınanıb.
Test 10 yeni xəstəliyi erkən mərhələdə aşkarlayıb, onların bir qismi skrininqdə təyin olunmur.
Analizdən sonra pasiyentləri digər diaqnostikadan keçirib həqiqətən şişlər və qan xərçəngi tapıldı.
6 min insanın 1,5 faizində erkən mərhələdə 9-dan çox onkoloji prosesi aşkarlandı.
Eləcə də analiz bir qadında eyni zamanda həm süd vəzi, həm də endometriy xərçəngi təyin edə bildi.
Bu qan analizi şişin harda yerləşdiyini də 80% dəqiq deyir.
MARAQLI / SOSİAL
Tarix: 13-09-2022, 18:00