Təbabətdə inqilabi dəyişiklik: “Xəstəlik üzdən oxunacaq...” - Sədi Vural

Teleqraf.com xəbər verir ki, doktor Sədi Vüralın inkişaf etdirdiyi bu texnologiya hazırda dünyanın 30 ölkəsində tanınır. Bu texnologiya ilə xərçəng, parkinson, altsheymer kimi xəstəliklərin də təyin oluna biləcəyini bildirən Sədi Vüral sistemdə artıq son tamamlama işlərinin aparıldığını bildirib. Bundan başqa, sistemin gizlilik əsasında insanların xoşbəxt olub-olmaması, yaş, cinsiyyət, şəxsi bilgilər kimi məlumatları da oxuya biləcəyini deyən doktor xəstəlikləri sifətdən müəyyənləşdirilməsi üzərində aktiv çalışdıqlarını qeyd edib.
Doktorun dediyinə görə, bunu həkimlərin, yoxsa fərdin özünün icra etməsi qarşıdakı mərhələdə konkretləşəcək. O, sistemin mobil telefonlara da tətbiq ediləcəyini bildirib: ”Sizin səhhətinizlə bağlı problem varsa, mobil telefonunuz sizə həkimə müraciət etməli olduğunuzu və müalicə nəticələrinin müsbətə doğru gedib-getməməsini bildirəcək”.

Xərçəng xəstəliyinin gizli getdiyini, yalnız son mərhələdə üzə çıxdığını xatırladan alim bu barədə də danışıb: ”Məqsədimiz xərçəngi onun inkişafının ilk pilləsində aşkar etməkdir. Belə olarsa, şişin müalicəsi üçün cərrahi və şüa müalicəsinə ehtiyac qalmayacaq”.
MANŞET / SAĞLAMLIQ / MARAQLI / KARUSEL / CƏMİYYƏT
Tarix: 14-08-2019, 12:02