Növbəti “OCEANGATE” gəzintisi - Daha bir milyarder Titanik səfərinə hazırlaşır (VİDEO)
ABŞ-nin Ohayo ştatından olan milyarder və daşınmaz əmlak investoru Larri Konnor 20 milyon dollarlıq iki nəfərlik lüks sualtı gəmi ilə batan Titanik gəmisini ziyarət etməyi planlaşdırır.
Bu barədə “Triton Submarines” adlı gəmiçilik şirkətinin həmtəsisçisi Patrick Lahey məlumat verib. O, iş adamı ilə birgə Titanik gəmisini ziyarət edərək bu səfərin təhlükəsiz şəkildə həyata keçirilə biləcəyini sübut etmək istədiyini deyib. Onlar “Connor” şirkətinin “Triton 4000/2 Abyssal Explorer” adlı sualtı gəmisi ilə təxminən 12,400 fut dərilniyə qədər enməyi planlaşdırırlar.
“Connor” şirkətinin sözçüsü verdiyi açıqlamada səyahətin dəniz təşkilatı tərəfindən təsdiq verildikdən sonra baş tutacağını bildirib. O, səfərin nə vaxt baş tutacağı ilə bağlı heç bir açıqlama verməyib.
Xatırladaq ki, keçən ilin iyununda “OceanGate” sualtı qayığı ilə Titanikin qalıqlarını ziyarət etmək istəyən britaniyalı milyarder Hemiş Hardinq, pakistanlı iş adamı Şahzadə Davud, oğlu Süleyman, “OceanGate Expeditions” şirkətinin rəhbəri Stokton Raş, fransız akvanavt Pol-Henri Narjolet artan təzyiq nəticəsində baş verən partlayışdan sonar faciəli şəkildə həlak olmuşdular. (“AzPolitika.info”)
MARAQLI / KARUSEL
Tarix: 30-05-2024, 18:01