mobil versiya

"Titanik”in batdığı yerdə itən batiskafın ekipaj üzvü əlaqəyə çıxıb



Atlantik okeanında “Titanik” gəmisinin qəzaya uğradığı yerə ekspedisiya zamanı itən turistik batiskafın ekipajı əlaqəyə çıxıb.
AZƏRTAC “The Irish Sun” nəşrinə istinadla xəbər verir ki, batiskafın göyərtəsində olan Rori Qolden özünün Facebook səhifəsində bütün diqqətlərinin yaranmış vəziyyətə və miqyaslı axtarış-xilasetmə əməliyyatlara yönəldiyini qeyd edib. O, ekipaj üzvləri ilə əlaqə saxlamağa çalışan və onlara görə narahat olan insanlara təşəkkürünü bildirib.
Bir müddət öncə, sualtı aparatlar vasitəsilə ekspedisiyalar təşkil edən “OceanGate Expeditions” kompaniyası batiskaflarından birinin itməsi barədə məlumatı təsdiqləyib. Kompaniyanın mütəxəssisləri hazırda sualtı aparatı və ekipaj üzvlərini xilas etmək üçün yollar axtarır. Qəzaya uğrayan batiskafın göyərtəsində beş nəfərin olduğu bildirilir.
Axtarış-xilasetmə əməliyyatlarında həm ABŞ, həm də Kanada təyyarələri və gəmiləri iştirak edir. Aparat dörd gün su altında yaşamaq üçün lazımi vasitələrlə təmin olunub.
“OceanGate Expeditions” kompaniyasının səkkiz günlük ekspedisiyasında bir yerin qiyməti 250 min dollardır.
1912-ci ilin aprelində aysberqlə toqquşaraq batan “Titanik” gəmisinin qalıqları hadisədən 73 il sonra Kanadanın Nyufaundlend adasından təxminən dörd kilometr cənub-şərqdə okeanın dərinliyində aşkarlanıb. Sauthemptondan Nyu-Yorka ilk reysini həyata keçirən laynerin göyərtəsində 2200-dən çox insan olub, onların 1500-dən çoxu qəza zamanı həyatını itirib.
KARUSEL / DÜNYA
Tarix: 20-06-2023, 13:58