Tələbələrin həyatına təhlükə olan ən zərərli qidalar - VİDEO
21 noyabrda Bakı Dövlət Universitetinin 2 nömrəli yataqxanasında üç tələbənin zəhərlənməsi nəticəsində Şəkər Hamətova həyatını itirmişdi. Digər iki tələbə isə evə buraxılıblar.
BAKU.TV-nin “Xəbər” buraxılışında yayımlanan sujetdə qeyd olunub ki, son günlərdə bu cür zəhərlənmələrin artması ölkədə düzgün qidalanma məsələsini də gündəmə gətirib.
Sorğudan da göründüyü kimi tələbələrin əksəriyyəti təbii qidalara yox, əsasən fast food yeməklərinə üstünlük verir. Bu qidalar dadlı olsalar da insan həyatını faciəyə çevirəcək dərəcədə ziyanlıdır.
AQTA-nın mütəxəssisi Aytən Pirverdiyeva hesab edir ki, yağda qızardırılmış kartof, fastfood hazırlanarkən dönər hər hansı qamburgerlərin tərkibində istifadə olunan ət və ət məhsullarıdır ki, bunlar yüksək risk qrupuna daxil olan məhsullardır:
"Bu kimi məhsulların istifadəsini minumuma endirsələr daha yaxşı olar. Burda bəzi məhsulların, kartofun hazırlanmasında trans yağlardan istifadə olunur ki, bu yağlar günəbaxan qarğıdalıdan hazırlanan qatı yağlardır ki, hətta bu yağlar heyvanmənşəli yağlardan daha təhlükəli hesab olunur".
Agentlik mütəmadi olaraq qida müəəssisəərində monitorinqlər keçirir. Ancaq həmin müəssisələrdə vacib rol oynayan digər amil gigiyena məsələləridir.
“İşçi personal öz şəxsi gigiyenasını qorumaldır, burada çalışarkən iş prosesində istifadə olunan geyim ləvazimatları var ki, hansı ki qoruyucu vasitələrdir. Bu maska, əlcəklər, önlük istifadə etməlidir. Aksesuardan istifadə etməsinlər. Bu yeməkdə fiziki cisim olaraq ortaya çıxır və zəhərlənməyə gətirib çıxarır”, -deyə mütəxəssis əlavə edib.
Ekspert tövsiyyə edir ki, qida məhsullarından istifadə edərkən onların üzərindəki etiket məlumatlarına, son istifadə tarixinə diqqət yetirmək vacibdir. Həmçinin fastfood və evdə hazırlanmayan digər qidalardan mümkün qədər kənar qalmaq lazımdır.
SAĞLAMLIQ / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 29-11-2019, 10:40