mobil versiya

İştahasız uşaqlar necə yedirilməlidir? – Araşdırma



Mütəxəssislər bildirirlər ki, iştahasızlıq böyüməyə təsir edir. Həkimlər uşaqların kilo və boylarını araşdırır, hansısa xəstəlik varmı onu yoxlayırlar.

Tez-tez qusma, qəbzlik, çox su içmək, halsızlıq, qarın ağrısı və s. kimi hallar öyrənilir. Bu kimi hallarda lazım olarsa müalicə yazılır. Amma sağlıq problemi olmayan, boy və çəkisi yerində olanlar üçün narahat olmaya dəyməz. Onların hansısa müayinəyə getmələri, vitamin qəbulu gərəksizdir.

Reportyor.az Azadinform-a istinadən iştahasızlıqla bağlı olan araşdırmanı təqdim edir:

Ümumiyyətlə, hansı yaşda olmasından asılı olmayaraq uşaqların qidalanması valideynləri hər zaman diqqətində olur. Yeni dadlara hələ bətndə olarkən başlayır və ana südü ilə davam edir. Araşdırmalara görə, anaların sadəcə 20 faizi düzgün qidalanmağı bilir. Amma, uşaqların iştahasızlığı valideynləri hər zaman narahat edir. Uşaq da bunu hiss edərək daha da gərginləşməyə başlayır.



Mütəxəssislər qeyd edirlər ki, valideynlərin əsas etməli olduğu şey sağlam qidaları onlara verməkdir. Uşağın nə zaman və nə yeyəcəyinə valideynlər, amma nə qədər yeyəcəyinə isə uşaq özü qərar verir. Bu zaman valideynlər anlayışlı və səbirli olmalıdır. Yeməkdə bəzi qaydalar olmalıdır. Uşaqlarla göz təması qurulmalı, ailə ilə birlikdə yemək yeyilməlidir. 

Mütəxəssislər bildirirlər ki, uşaq söyləyəni deyil, gördüyünü edər. Ona görə də valideynlər diqqətli olmalıdır. Uşağın nə qədər yediyindən çox nə yeməsi ilə maraqlanmaq lazımdır. Yemək saatları vaxtında olmalı, arada iştahkəsici qidalar verilməməli, yeməsi üçün şəkərli qidalar vəd edilməməlidir. Yeməkdən 1 saat əvvəl və yemək sırasında maye qəbuluna fikir verilməlidir. Qidalanma səssiz və diqqət dağıtmayacaq şəkildə olmalıdır. Televizor izləyərkən “fast food” kimi qidalardan uzaq durulmalıdır. Masaya oturarkən yemək uzun müddət davam etməməlidir. Yaşa uyğun pors seçilməlidir. Yeməyin miqdarı uşağın yumruğu qədər olmalıdır. Araşdırmalara görə, boşqab böyük olarsa, uşaq dad aha çox yeyir.


SAĞLAMLIQ / MARAQLI / KARUSEL / SOSİAL
Tarix: 25-09-2019, 14:10