BDU-nun yataqxanasında zəhərlənən qızın FOTOsu
BDU-nun yataqxanasında zəhərlənən qızlardan biri olan Kimya fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü Həmidə Bünyamin qızıdır.
BAKU.WS xəbər verir ki, Həmidə Bünyamin "Leykemiya ilə Mübarizə İctimai Birliyi"də könüllü müəllimə kimi çalışır. Bununla yanaşı, o, Səyyar ASAN xidmətdə də könüllü kimi çalışır.
Xatırladaq ki, Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib.
Həkimlər Mətbuat küç 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar.
Digər zəhərlənən tələbələrin kimliyi müəyyənləşib.
Bunlar Kimya fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü Həmidə Bünyamin və Kitabxanaçılıq və İnformasiya fakültəsinin 4-cü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dillubə Qismət qızıdır. Məlumata görə, D.Quliyevanın vəziyyəti ağırdır.
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / ÖLKƏ
Tarix: 21-11-2019, 18:08