mobil versiya

Öncə xərçəng xəstəliyinə qalib gəldi, sonra rekord qırdı - VİDEO



Ötən il döş xərçənginə qalib gələn amerikalı üzgüçü Sara Tomas bu günlərdə dünya rekorduna imza atıb.

BAKU.WS “Posta”ya istinadən xəbər verir ki, 37 yaşlı üzgüçü İngiltərəylə Fransa arasında La Manş boğazını dayanmadan 4 dəfə üzərək keçib. O, bununla da dünya rekordunu qırıb.

128 km üzməsi planlaşdırılan Sara Tomas, axıntının güclü olması səbəbindən 209 km üzüb.

Üzgüçü bu uğurunu xərçənglə mübarizədə qalib gələn hər kəsə həsr etdiyuini bildirib.

Qeyd edək ki, S.Tomas 2007, 2012 və 2016-cı illərdə La Manşı dayanmadan 3 dəfə üzmüşdü.

[media=https://youtu.be/U6CC-aE4qcY]


SAĞLAMLIQ / DÜNYA
Tarix: 18-09-2019, 12:20