Osmanlının Atatürkə qoyduğu miras!
1923-də...13 milyon əhalisi vardı.
11 milyonu kənddə yaşayırdı. 40 min kənd vardı, 28 minində məktəb yox idi. Traktor yox idi, cütcü vardı. Beş min kənddə sığır vəbası var idi. Heyvanlar qırılırdı, insanlar qırılırdı. İki milyon adam qızdırma, bir milyon adam isə farangit, vərəm kimi xəstəliklər vardı. Üç milyon adamda göz xəstəliyi vardı. Uşaq ölümlərinin faizi mində 480 idi. Hər doğulan iki uşaqdan biri ölürdü. Məmləkətdə sadəcə 337 həkim var idi. 60 əczaçı var idi, onun da səkkizi türk idi. Diş həkimi demək olar ki, yox idi. Dörd tibb bacısı var idi. 40 min kənddə 136 mamaça vardı. Ölüm yaşı 40 idi. Yanmış binaların sayı 115 min, zədəli binaların sayı isə 12 min idi. Ölkəni yenidən inşa etmək lazım idi, kirəmit belə xaricdən gəlirdi. Limanlar, mədənlər, dəmiryolları xaricilərə aid idi. Ümumi sərmayənin sadəcə yüzdə 15 faizi türklərin idi. Osmanlıdan Cümhuriyyətə miras qalan təkcə dörd fabrik vardı. Elektrik sadəcə İstanbul, İzmir və Tartus da var idi. Avtomobil sayı 1490 idi. Sadəcə dörd şəhərdə özəl avtomobil vardı. Qadın insan deyildi. (Vərəmlə boğuşan xalq, tövlədə yatarkən… Yerə-göyə sığdırılmayan Əbdülhəmidin 16 arvadı var idi.
Nazikəda, Səlfinaz, Dilpəsənd, Peyvəstə, Nazlıyar, Bidar, Məzidə, Əmsalinur xanım... 16 arvad... Yaş etibarilə çoxusu uşaq idi. Kimlərinsə atamız dediyi Əbdulməcidin 22 arvadı var idi. Əhali inəyinə verməyə saman tapmazkən bu sarayında iki futbol komandası qədər qadınla yatırdı) Teatr yox, musiqi yox, rəsm yox, heykəl yox, idman yox idi. Arxeoloji əsərlər, gizli-xəlvəti yox, padşahların hədiyyəsi olaraq qatarlarla oğurlanmışdı. Kimisi alaturka saatından istifadə edir, saatı 12:00 olaraq qəbul edirdi, kimisi Günəşin ən təpədə olduğu vaxtı 12:00 olaraq qəbul edirdi. Kimisi Günəş batarkən qürubi saatı əsas götürürdü, kimisi Günəşin tamamən batdığı azan saatını. "Saat neçədi, dostum?” soruşsan, hər ağızdan bir səs çıxırdı. Kimisi Hicri təqvimini, kimisi isə Rumi təqvimini istifadə edirdi. Kimisinin fevralı dekabrına təsadüf edirdi. Hər kəs eyni zamanda yaşayırdı, amma fərqli aylarda. Dirhəm, okka, çəki vardı…
Arşın, qulac, fərsah vardı. Nə ağırlığımız dünyaya ayaq uydura bilirdi, nə də uzunluğumuz. Ölçülərimiz orta əsrin ölçüləri idi. Kişilərin yüzdə 7 faizi, qadınların yüzdə 4 faizi oxuma-yazma bilirdi. Oxuma-yazma bilənlərin çoxusu əsgər və yaxud qeyri-müsəlmanlar idi. Məktəb yaşına çatan hər dörd uşaqdan üçü məktəbə getmirdi. Cəmi 4894 ibtidai, 72 orta məktəb, 23 dənə də lisey vardı. Türkiyənin bütün liseylərində sadəcə 239 qız şagird vardı. Müəllimlərin üçdə birinin müəllimlik təhsili yox idi. Bir Universitet vardı.Ölkə bilikdən çox uzaq idi. 600 il boyunca türkcəyə osmanlıca deyilmişdi. Ərəbcə, farsca, fransızca, italyanca sözlər, terminlər dilimizi işğal etmişdi. "Hərf inqilabı oldu, bir gecədə cahilləşdirildik, köpəkləşdirildik” filan deyirlər ha…
İbrahim Mütəfərrikadan etibarən 150 il boyunca çap olunan kitabların sayı nə qədərdir, bilirsiniz? Sadəcə 417 idi. Bunların da çoxusunu qeyri-müsəlmanlar çap etmişdi. Ki, zatən Mütəfərrika da macar idi. Bu torpaqlara kitab gələnə qədər Avropada 2,5 milyon fərqli kitab çap olunub 5 milyar ədəd satılmışdı. Volter bir kitabında yazır: İstanbulda bir ildə yazılanlar Parisdə bir gündə yazılanlardan azdır! Və nəymiş, əfəndim, məzar daşı oxuyacaqmış… Sən əvvəlcə iki dənə kitab oxu, sonra dünyadan xəbərin olsun biraz!
Elmar Həsənli
SON XƏBƏR / KARUSEL / YAZARLAR
Tarix: 22-03-2020, 01:06