mobil versiya

Rusiya baş naziri vəzifəsinin icrasına başladı




Rusiyanın Baş naziri Mixail Mişustin koronavirusdan sağalaraq vəzifəsinin icrasına başlayıb.

“Report” “RİA Novosti” istinadən xəbər verir ki, məlumatı Kremlin rəsmi saytı yayıb.

Rusiya prezidenti Vladimir Putin baş nazirin səlahiyyətlərinin icrasının Mişustinin birinci müavini Andrey Belousovdan alınmasına dair sərəncam imzalayıb.

Qeyd edək ki, Rusiyanın baş naziri Mixail Mişustinin aprelin 30-da koronavirusa yoluxması məlum olub. Vladimir Putin həmin gündən baş nazirin səlahiyyətlərinin Andrey Belousova verilməsi barədə sərəncam imzalamışdı.

Xatırladaq ki, Rusiyanın başqa dövlət məmurlarında, o cümlədən Vladimir Putinin mətbuat katibi Dmitri Peskovda da koronavirus aşkar edilib.

SON XƏBƏR
Tarix: 19-05-2020, 13:35