mobil versiya

Azərbaycanda COVID-19-dan ən çox bu tarixdə yoluxma olub - RƏSMİ




Azərbaycanda koronavirus infeksiyasından ən çox yoluxma halı 6 iyun tarixində baş verib.

Bu barədə REPORTYOR.AZ-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat daxil olub.

Bildirilib ki, ölkədə COVID-19 virusundan ən çox yoluxma sayı 379 nəfər təşkil edib.

Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanlar arasında daha çox 50-60 yaş arasında olan şəxslərdir. 0-9 yaş arası və 80 yaşdan yuxarı şəxslərdən də koronavirusa yoluxanlar var. Yoluxanlar arasında qadınların sayı kişilərə nisbətən üstünlük təşkil edir.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 12-06-2020, 10:30