mobil versiya

Cavid Qurbanov məhkəməyə verildi - SON DƏQİQƏ





Cavid Qurbanovun sədri olduğu "Azərbaycan Dəmir Yolları” QSC xarici şirkətə kələk gəldiyi üçün məhkəməyə verilib.


REPORTYOR.AZ-ın
xəbərinə görə, bu barədə məlumat yayılıb.


Məlumata görə, Çexiyanın "ROBERTSON & BLUMS” CORPORATİON by RBC Group şirkəti "Azərbaycan Dəmir Yolları” QSC-dən 650 min dollar tələb edir. Səbəb isə Cavid Qurbanovun rəhbərlik etdiyi dövlət şirkətinin imzaladığı müqavilənin şərtlərinin kobud şəkildə pozulmasıdır.


Məlumata görə, Cavid Qurbanov məhkəmədə uduzacağını və Çexiya şirkətinin tələb etdiyi məbləği ödəmək məcburiyyətində qalacağını bildiyi üçün prosesi uzatmağa çalışır.


"Cavid Qurbanovun rəhbərlik etdiyi QSC-nin xarici şirkətlərlə yaşadığı problemlər hakimiyyəti də narahat etməlidir. Çünki xarici investisiyaların ölkəyə cəlbində ən böyük amillərdən biri də dövlət şirkətlərinin öhdəliklərinə nə dərəcədə əməl etməsi ilə bağlıdır. Şübhəsiz ki, Çexiya şirkəti ilə "Azərbaycan Dəmir Yolları” QSC arasında yaşanan qalmaqal xarici mediaya da çıxacaq. Onda Cavid Qurbanovun Azərbaycanın imicinə vurduğu zərbələri təsəvvür etmək çətin olmaz", - məlumatda bildirilir.(aztoday.az)


SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 24-08-2020, 14:04