mobil versiya

20 Yanvarda Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək



Yanvarın 20-si - Ümumxalq Hüzn Günündə “Bakı Metropoliteni” QSC-nin iş rejimində dəyişikliklər ediləcək.

QSC-dən bildirilib ki, Qanlı Yanvar tarixinin ildönümü ilə əlaqədar metropolitendə gün ərzində xüsusi tədbirlər planı həyata keçiriləcək. Bu məqsədlə yanvarın əvvəlindən “20 Yanvar” stansiyasının vestibüllərinə, platformasına və digər xidməti sahələrinə baxış keçirilib, zəruri tədbirlərin təşkili üçün tapşırıqlar verilərək müvafiq işlər görülüb. Ənənəyə uyğun olaraq, “20 Yanvar” stansiyasının sütunlarına və şəhidlərin adlarının həkk olunduğu lövhələrin yerləşdiyi vestibül sahələrində divarlara qərənfil tərtibatlı çələnglər asılacaq.
Stansiya platformasında qərənfillərdən xüsusi bədii tərtibatlı çələng qoyulacaq. Məhz platformada qoyulmuş çələngin ətrafında “Bakı Metropoliteni” QSC-nin rəhbərliyinin də daxil olduğu kollektivin üzvləri ictimaiyyətin nümayəndələri və stansiyaya gələn sərnişinlərlə birlikdə şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edəcəklər.


KARUSEL / CƏMİYYƏT
Tarix: 18-01-2023, 12:33