mobil versiya

“Lənkəran” daha bir basketbolçu transfer edib



“Lənkəran” klubu daha bir basketbolçunun keçidini rəsmiləşdirib.


Cənub təmsilçisi ABŞ-dan olan Ceremi Berraytı heyətinə qatıb.
34 yaşlı oyunçu ilə bir illik müqavilə imzalanıb.
Son iş yeri İsveçin “Okelbo” klubu olan Berrayt “Gieben Pointers” (Almaniya), “Vankuver Volkanoes” (ABŞ), “Araraquara” (Braziliya) komandalarında çıxış edib.
“Lənkəran” bundan əvvəl Cereminin həmyerlisi Qreqori Miltonu heyətinə qatıb.


KARUSEL / İDMAN
Tarix: Dünən, 16:38